Sis House
  • Əsas
  • Əlaqə

Daxil Ol

Hesabınız yoxdur? Qeydiyyat Hesabınız var? Daxil Ol Şifrəni Unutmusunuz?
Məkan seçin
Şamaxı
Qusar
Giriş tarixi
-
Çıxış tarixi

Sis House

Sishouses – şəhərin səs-küyündən uzaqda, təbiətin qoynunda rahatlıq və sakitlik axtaranlar üçün yaradılmış xüsusi istirahət konseptidir. Burada təbiət ilə komfort bir araya gəlir. Təbiət içində yerləşən modern cakuzili evlərimiz qonaqlara həm sakitlik, həm də gündəlik ehtiyaclarını tam qarşılayan komfort təqdim edir. Sishouses-də istirahət sadəcə gecələmə deyil – bu, ruhun dincəlməsi, sevdiklərinlə keyfiyyətli vaxt keçirmə və gündəlik stressdən uzaqlaşmaq deməkdir. Konteyner tipli evlərimizin hər biri estetik dizayn, tam təchiz olunmuş mətbəx, rahat yataq otağı və açıq məkan hissi yaradan veranda ilə təmin olunub. Səhərlər quş səsləri, gün batımı fonunda çay və təbiətin sakit ritmi Sishouses təcrübəsinin ayrılmaz hissəsidir. Sishouses cütlüklər, ailələr və sakitlik sevən hər kəs üçün idealdır. Burada siz şəhər həyatından, sosial mediadan və işin yaratdığı təzyiqdən uzaqlaşıb özünüzlə və sevdiklərinizlə yenidən bağlana bilərsiniz.

© 2026 Sis House. Bütün hüquqlar qorunur.